Aşağıdakı şərtlərə riayət edildikdə Müqaviləyə xitam vermək hüququndan düzgün istifadə edilmiş hesab olunur:
(a) tətbiq olunan qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı halda, “mybrands.az” saytından əldə edilmiş məhsullar alındığı gündən on dörd (14) gün ərzində Müqaviləyə xitam vermək hüququndan düzgün istifadə edildikdə;
(b) məhsullar istifadə olunmamış, geyilməmiş və ya yuyulmamış vəziyyətdə olduqda;
(c) məhsulların yarlığı üzərində saxlanıldıqda (onlar məhsulun ayrılmaz hissəsi hesab olunur);
(d) məhsullar öz orijinal qablaşdırmasında geri qaytarıldıqda;
(e) məhsullar alındığı gündən on dörd (14) gün ərzində kuryer poçtuna ötürüldükdə;
(f) məhsullar zədəli olmadıqda.
Bütün zəruri şərtlərə riayət olunduqda, Satıcı tətbiq olunan qanunvericiliyə uyğun olaraq, məhsullar üçün ödənmiş bütün məbləği Alıcıya geri qaytarır. Sizin üzərinizə düşən yeganə xərc məhsulu Satıcıya geri qaytarmaq üçün tələb olunan xərclər olacaq. *parfümer-kosmetika malları geri qaytarılmır
Siz aldığınız məhsulu öz seçiminizə əsasən kuryer poçtu vasitəsi ilə Satıcıya geri qaytara bilərsiniz, bu zaman geri qaytarılan məhsulun çatdırılma haqqı Alıcı tərəfindən ödəniləcək.
Geri qaytarmaq istədiyiniz məhsullar yuxarıda göstərilən tələblərə uyğun olmadığı üçün qəbul edilmədiyi halda, siz bu barədə müvafiq bildiriş alacaqsınız. Geri qaytarmaq istədiyiniz məhsul 1-ci bölmənin a), b), c), d), e) və f) bəndlərinin şərtlərinə cavab vermədiyi halda məhsulu alarkən ödədiyiniz məbləği geri almaq hüququndan məhrum edilirsiniz. Geri qaytarmaq istədiyiniz məhsul qəbul edilmədiyi halda Satıcı elektron məktubla bu barədə sizə məlumat verəcək. Həmin elektron məktubu aldığınız andan on dörd (14) gün ərzində siz məhsulların Satıcıya geri qaytarılarkən olduğu vəziyyətdə sizin hesabınıza sizə geri qaytarılması barədə sorğu göndərə bilərsiniz; siz bu barədə sizə bildiriləcək şərtlərə uyğun olaraq Satıcıya məlumat verməlisiniz. Əks halda, yəni siz məhsulların Satıcıya geri qaytarılarkən olduğu vəziyyətdə sizə geri qaytarılması barədə sorğu göndərmədiyiniz və çatdırma xərclərini qabaqcadan ödəmədiyiniz təqdirdə, və ya qeyd olunan məhsulları götürmədiyiniz halda bu fəaliyyətsizliyiniz məhsullara dair mülkiyyət hüququndan imtina etmək kimi dəyərləndiriləcək və Satıcıya onların üzərində öz mülahizəsinə görə sərəncam vermək hüququ verəcək.
Qaytarılmış məhsulların bütün tələblərə uyğunluğu Satıcı tərəfindən yoxlanıldıqdan sonra Sizə məhsulların qəbul edilməsi və ödənilmiş məbləğin tam şəkildə geri qaytarılması haqqında elektron təsdiq məktubu göndəriləcək. Ödənişin geri qaytarılması proseduru yuxarıda qeyd olunmuş şərtlərə riayət edilib-edilmədiyi yoxlanıldıqdan sonra həyata keçiriləcək. Digər ödəniş üsulundan istifadə etmək barədə Satıcı ilə dəqiq razılığa gəldiyiniz hallar istisna olmaqla, Satıcı ödənişin geri qaytarılmasını məhsulları əldə edərkən sizin istifadə etdiyiniz ödəmə metodu ilə eyni metoddan istifadə etməklə həyata keçirir. Bir şərtlə ki, ödəniş geri qaytarılarkən sizin üzərinizə əlavə xərclər düşməmiş olsun. Sifarişə daxil olan məhsulları alan şəxslə həmin məhsulların dəyərini ödəyən şəxs fərqli adamlar olarsa, və Müqaviləyə xitam vermə hüququndan istifadə edilərsə, ödəniş Sifarişi ödəyən şəxsə geri qaytarılacaq. Kredit / debet kartı: məbləğin geri qaytarılma müddəti kartın emitent bankından asılı olaraq dəyişə bilər.
Məhsulu Satıcının səhvi və ya məhsulun zədəli və ya qüsurlu olması səbəbindən geri qaytarırsınızsa, bu halda məhsulun çatdırıldığı tarixdən on dörd (14) gün ərzində Satıcını elektron qaytarış forması vasitəsilə məlumatlandırmalısınız.
Zədələnmiş, qüsurlu məhsulları və ya Sifarişə uyğun olmayan məhsulları aldığınız vəziyyətdə geri qaytarmalısınız. Bu bölmə üçün məhsulların geri qaytarılma şərtlərini ehtiva edən 1-ci bölmənin a), b), c), d), е) və f) bəndləri və 2 bölmənin müddəaları tətbiq olunur.
Satıcı zədələnmiş, qüsurlu və ya Sifarişə uyğun olmayan məhsullar kimi geri qaytarılmış bütün məhsulları 3-cü bölmədə təsbit olunan prosedurlara əsasən yoxlayır. Satıcı məhsulların həqiqətən də zədələnmiş, qüsurlu və ya Sifarişə uyğun olmadığını müəyyən etdikdən sonra çatdırılma xərcləri də daxil olmaqla bütün ödənişi Sizə qaytaracaq (4-cü bölmədə göstərilən prosedura müvafiq olaraq) və qısa müddətdə Sizə müvafiq elektron məktub göndərəcək.
Əgər Satıcı geri qaytarılmış məhsulların zədələnməsi vəya qüsurları üçün cavabdeh hesab oluna bilməzsə, o məhsulu qəbul etmədiyi haqda Sizə məlumat verəcək; bu halda siz məhsulların Satıcıya geri qaytarılarkən olduğu vəziyyətdə sizin hesabınıza sizə geri qaytarılması barədə sorğu göndərə bilərsiniz; siz bu barədə sizə bildiriləcək şərtlərə uyğun olaraq Satıcıya məlumat verməlisiniz. Əks halda, yəni siz məhsulların Satıcıya geri qaytarılarkən olduğu vəziyyətdə sizə geri qaytarılması barədə sorğu göndərmədiyiniz və çatdırma xərclərini qabaqcadan ödəmədiyiniz təqdirdə, və ya qeyd olunan məhsulları götürmədiyiniz halda bu fəaliyyətsizliyiniz məhsullara dair mülkiyyət hüququndan imtina etmək kimi dəyərləndiriləcək və Satıcıya onların üzərində öz mülahizəsinə görə sərəncam vermək hüququ verəcək.
Xatırladırıq ki, Satıcı tərəfindən təklif olunan bütün məhsullar identifikasiya yarlığı ilə təchiz edilmişdir və bu yarlıqlar məhsulun ayrılmaz hissəsidir. Məhsulları yoxlayarkən yarlığı qoparmamağınızı xahiş edirik. Yarlıqsız qaytarılmış məhsullar Satıcı tərəfindən qəbul edilməyəcək.
Geri qaytarma siyasəti “Ümumi müddəalar və satış şərtlərini”nin ayrılmaz tərkib hissəsidir və istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənilir.